...

ARDNŞ KÖHNƏ QURU YATAĞINDA YENİ QUYUNUN QAZILMASINA BAŞLAYIB

Energetika Materials 26 Sentyabr 2005 14:36 (UTC +04:00)

ARDNŞ "Bibi -Heybət" yatağında yeni quyunun qazılmasına başlayıb.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.3690 saylı quyunun layihə dərinliyi 1400 metr təşkil edir. Sutkalıq qazma sürəti bugünkü gündə 35 metr təşkil edir. Hazırda qazma işləri 250 metr dərinlikdə həyata keçirilir. İşləri "Bibi-Heybət neft" NQÇİ-nin sifarişi ilə Abşepon qazma işləri İdarəsi yerinə yetirir.

ARDNŞ-də bildirilib ki, bu quyudan başqa, həmin yataqda daha iki quyu da qazılacaq.İdarə artıq 3839 saylı quyunun qazmasını başa çatdırır, quyunun layihə dərinliyi 1850 metrdir. 3659 saylı quyuda 1170 metr dərinlikdə qazma işləri aparılır.Bu quyunun layihə dərinliyi 1350 metr təşkil edir.

İşlərin məqsədi yeni quyular hesabına neft hasilatının sabitləşdirilməsi və artırılmasıdır.İlin sonunadək burada 8 quyunun qazılması planlaşdırılır. Abşeron qazma işləri İdarəsi həmçinin Balaxanı, Qala və digər yataqlarda qapzma işləri aparır.

Xəbər lenti

Xəbər lenti