2005-ci ilin yanvar-noyabr ayları ərzində ARDNŞ quru və dənizdəki yataqlarda 8210,9 min ton hasil edib ki, bu da 2004-cü ilin yanvar-noyabrı ilə müqayisədə 20,4 min ton azdır. ARDNŞ-də Trend ə bildirilib ki, şirkətin neft-qazçıxarma idarələri (NQÇİ) bu dövr ərzində dənizdə və quruda 7306,5 min ton neft hasil edib ki, bu da 2004-cü ilin yanvar-noyabrı ilə müqayisədə 54,7 min ton (yaxud 0,7%) azdır. 2005-ci ilin yanvar-noyabrında ARDNŞ-in iştirakı ilə quru yataqlarında karbohidrogen hasil edən müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində xarici şirkətlər 904,4 min ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 34,3 min ton (yaxud 3,9%) çoxdur.
2005-ci ilin yanvar-noyabrında Azərbaycanda qazın ümumi hasilatı 5241,1 mln. m3 təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 663,8 mln. m3 (yaxud 14,5%) çoxdur. Bununla ARDNŞ NQÇİ-nin payına 3590,4 mln. m3 qaz təşkil edib ki, bu da 2004-cü ilin yanvar-noyabrı ilə müqayisədə 71,6 mln. m3 azdır. MM və ƏŞ bu dövrdə 96,2 mln. m3 qaz hasil edib ki, bu da 2004-cü ilin yanvar-noyabrı ilə müqayisədə 16,5 mln. m3 azdır. ABƏŞ yanvar-oktyabrda 1650,7 mln. m3 səmt qazı hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 735,4 mln. m3 yanacaq çoxdur.
Azərbaycanda 2005-ci ilin yanvar-noyabrında neft və qaz hasilatının müvafiq cədvəli belədir:
Neft (min ton) |
Noyabr 2005-ci il |
yanvar-noyabr 2005-ci il |
yanvar-noyabr 2004-cü il cü il | |||
Fakt |
plan |
fakt |
% |
Fakt |
% | |
Cəmi |
733,2 |
8007 |
8210,9 |
102,5 |
8231,3 |
99,8 |
NQÇİ |
647 |
7248,5 |
7306,5 |
100,8 |
7361,2 |
99,3 |
MM və PSA |
86,2 |
758,5 |
904,4 |
119,2 |
870,1 |
103,9 |
Qaz (mln. m3) |
||||||
Cəmi |
556,6 |
4715,2 |
5241,1 |
111,2 |
4577,3 |
114,5 |
ARDNŞ |
322,6 |
3568,1 |
3590,4 |
100,6 |
3662 |
98 |
NQÇİ |
312,9 |
3481,9 |
3494,2 |
100,4 |
3549,3 |
98,4 |
MM və PSA |
9,7 |
86,2 |
96,5 |
111,6 |
112,7 |
85,4 |
ABƏŞ |
234 |
1008,9 |
1650,7 |
143,9 |
915,3 |
180,3 |