...

Azərneftyag Retrofarm-a dekabrın sonuna kimi 25 min ton mazut satacaq

Energetika Materials 16 Dekabr 2005 14:10 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabinetində Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Azərneftyag NEZ-na Sinqapurun Petrofarm şirkətinə dekabrın sonuna kimi 25 min ton M-40 markalı mazut ixrac etməyi tapşırıb. Bu barədə Trend ə NEZ-dan məlumat verilib.

Azərneftyag NEZ Petrofarm şirkətinə ilin əvvəlindən 277,4 min ton M-40 markalı mazut satıb.Noyabr ayında mazut ixracının həcmi 7,4 min ton təşkil edib. Qış mövsümünə keçidlə əlaqədar mazut ixracının həcmi aşağı düşüb.

2006-cı ildə neft məhsulunun bu növünün ixracına toxunan NEZ-nun nümayəndəsi hazırda bu məsələnin müzakirə mərhələsində olduğunu və konkret qərarın gələn ilin əvvəllərində qəbul ediləcəyini bildirib.

"Ehtimallara görə, 2005-ci ildə olduğu kimi, gələn ilin əvvəlində də mazut Azərenerji" SC-nə tədarük ediləcək", - deyə zavodun nümayəndəsi bildirib.

Petrofarm-la Azərneftyag arasında bağlanmış müqaviləyə görə, cari ildə Qara dənizdəki Batumi limanından 300 min ton mazutun nəql olunması planlaşdırılır.

2004-cü ildə neft emalı zavodlarından 1,155 mln ton $292 mln dəyərində müxtəlif neft məhsulları ixrac olunub.

Xəbər lenti

Xəbər lenti