2006-cı ilin yanvar -mart aylarında Heydər Əliyev adına neftayırma zavodu (keçmiş "Azneftyanacaq") 20,27 min ton neft koksu istehsal edib ki, bu da planlaşdırıldığından 4,97 min ton çoxdur. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. 2005-ci ilin I rübündə zavodda koks istehsal olunmayıb.
Mart ayında koks istehsalı 10,19 min ton təşkil edib ki, bu da plandan 5,9 min ton çoxdur.
Ötən il neft məhsulunun bu növü üzrə cəmi 11,63 min ton məhsul istehsal edilib. Bu da həmin dövr üçün nəzərdə tutulan proqnozdan (30,6 min ton) 18,97 min ton və 2004-cü ilin analoji dövründəkindən 14,26 min ton azdır.
Azərbaycanda istehsal olunan neft koksunun əsas tələbatçıları Rusiyanın alüminium zavodlarıdır.