...

Azərbaycan 2007-ci ildə qaz idxalı şərtlərinin sərtləşdiriləcəyini gözləyir

Energetika Materials 18 İyul 2006 17:44 (UTC +04:00)

Gələn il Azərbaycanın Rusiya qazını əldə etmə şərtləri bu günkü şərtlərdən sərt olacaq. Bu barədə Trend ə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev xəbər verib.

Hazırda bu məsələnin müzakirəsini aparan Azərbaycanın nümayəndə heyəti Rusiyadadır. Nümayəndə heyətinə ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Azərbaycan Dövlət Neft Şirkətini prezident müavini Elşad Nəsirov təmsil edir.

Azərbaycana təbii qaz tədarükçüsü Rusiyanın "Qazprom" şirkətidir. 2005-ci ildə tədarük edilən qazın 1 min kubmetrinin qiyməti 60 ABŞ dolları idi. 2006-cı ilin əvvəlindən 1000 kub metr qaz Azərbaycana 110 ABŞ dollarına başa gəlir.

Xəbər lenti

Xəbər lenti