...

BP Azerbaijan şirkətinin yeni ofis binasının inşası dayandırılıb

Energetika Materials 22 İyul 2006 15:03 (UTC +04:00)

Son 7-8 ay ərzində BP şirkəti üçün yeni ofis binasının tikintisi aparılmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə BP Azerbaijan prezidenti Devid Vudvord bildirib. Onun sözlərinə görə, ötən ilin sonlarından Azinvest Property (Azpetrol holdinqinə daxildir) yeni kompleksin tikintisini dayandırıb.

2004-cü ildə BP ABƏŞ üzrə tərəfdaşları, "Şahdəniz" layihəsi, SCP və BTC adından Azinvest Property ilə bu şirkətin inşa edəcəyi yeni ofis binasının tikintisi və icarəyə verilməsi haqqında saziş imzalayıb.

Ofis binası Bakıda, Cəlil Məmmədquluzadə küçəsində, təxminən 26 min m2 sahədə inşa edilməlidir. Sazişə uyğun olaraq, Azinvest binanın korpusunu və ofis binasını tikəcək və daha sonra binanı BP-yə 15 il müddətinə icarəyə verəcək. Binanın daxili inşa və bəzək işlərini, o cümlədən mebellə təchizatını BP başa vuracaq.

Bu layihə öz aralarında birləşən, 4-5 mərtəbəli 4 blokdan, təxminən 500 maşın üçün park və digər müvafiq binalardan ibarətdir. Binanın korpusunun və ofis binalarının inşası 2006-cı ilin 3-cü rübündə başa çatmalı idi.

Xəbər lenti

Xəbər lenti