Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dəniz sahilindəki limanı Batumidən növbəti gəlirli neft tankerinin satışı haqqında tenderi bağlayıb. Almaniyanın Select Energy treyderi tenderin qalibi olub.
ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, Select Energy avqustun 8-9da Batumidən "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan 80 min ton Azeri Light nefti aparacaq.
Batumi neft terminalı vasitəsilə ildə 15 mln. ton neftə qədər neft yükü daşına bilər. Terminal 4 yan alma körpüsündə 30-90 min tonluq tankerlərə xidmət göstərir. Hazırda çən parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da cari və proqnozlaşdırılan neft həcminən dəhliz vasitəsilə daşınması üçün kifayyət qədərdir.