...

Anshad Petrol və Gobustan Operating Company ARDNŞ-ə 18,22 mln. kubmetr sərbəst qaz satıb

Energetika Materials 11 Oktyabr 2006 15:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Anshad Petrol birgə müəssisəsi (BM) və "Gobustan Operating Company" əməliyyat şirkəti 2006-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Dövlət Neft Şirkətinə (ARDNŞ) 18,22 mln. kubmetr sərbəst qaz satıb və bu, 2005-ci ilin analoji dövründən 0,5 mln. kubmetr çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən bildirilib. ARDNŞ-in məlumatına görə, sentyabr ayında şirkətlər 1,24 mln. kubmetr qaz satıb.

Anshad Petrol "Neftçala", "Xillı" və "Babazənən" müqavilə sahələrindəki quyulardan qaz hasil edir. BM sərbəst qazın ilk satışlarına 2004-cü ilin aprel ayında 2 mln. kubmetr həcmlə başlayıb. ARDNŞ Anshad Petrol-dan 65 min AZM qiymətinə (təxminən $13/1min m3) qaz alır, onu "Azəriqaz" QSC-yə satır və o da, öz növbəsində, yanacağı "Azəriqaz"ın tərkibində olan "Aztransqaz" İB vasitəsilə paylayır. GOC ARDNŞ-ə qazı $1.29/1 mln. BTU ($1.29/1 mln. BTU - təxminən $46/1 min m3) qiymətinə satır.

Gobustan Operating Company (GOC) ARDNŞ ilə bağlanmış PSA üzrə "Cənub-qərbi Qobustan" blokunun işlənməsi ilə məşğul olur. Həmin şirkət bu il fevralın əvvəlindən sərbəst qazın satışına başlayıb. GOC-da 80% iştirak payı Commonwealth Gobustan Limited şirkətinə, 20% isə ARDNŞ-ə məxsusdur. Commonwealth Gobustan Limited şirkətində 37,17% Arawak Energy şirkətinə, 62,83% isə - China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Anshad Petrol BM 1993-cü ildə ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Atilla Dogan Petrol Anshad Petrol şirkətinin operatoru olub, 1997-ci ildən etibarən isə ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətinin payından 17,15% alaraq, layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti