...

"Qazeksport" "Qazprom eksport" olub

Energetika Materials 31 Oktyabr 2006 16:30 (UTC +04:00)

"Qazeksport" MMC-nin adı "Qazprom eksport" MMC olub. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, müvafiq qərar şirkətin yeganə sahibi olan "Qazprom" ASC tərəfindən qəbul olunub. "Qazprom"un məlumatında deyilir ki, firmanın yeni adı - "Qazprom eksport" MMC 2006-cı ilin oktyabrın 11-də Hüquqi şəxslərin vahid dövlət reyestrində qeydiyyata alınıb və 2006-cı ilin noyabrın 1-dən tətbiq olunacaq.

Məlumatda qeyd olunur ki, adın dəyişdirilməsi şirkətin işgüzar tərəfdaşları ilə mövcud müqavilə və digər işgüzar münasibətlərə təsir göstərməyəcək.

"Qazeksport" "Qazprom"un 100 faizlik törəmə şirkətidir və Rusiya qazının ixracını həyata keçirir. 2004-cü illə müqayisədə 2005-ci ildə müəssisə qaz ixracını 8,77% - 171 mlrd. kubmetrə qədər artırıb. Bu zaman qazın uzaq xaricə ixracı 3,49% - 154,30 mlrd. kubmetrə qədər, o cümlədən Qərbi Avropaya - 3,83% - 111,43 mlrd. kubmetrə qədər artıb. Şərqi Avropaya 42,86 mlrd. kubmetr qaz (artım - 2,61%) ixrac olunub.

ARDNŞ "Qazeksport" MMC-dən qazın min kubmetrini 110 dollara alır. Bu il 4 mlrd. kubmetrə qədər qazın alınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti