...

Azərbaycan yeni modul elektrik stansiyası tikintisinin hazırlığına başlayıb

Energetika Materials 7 Mart 2007 13:11 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Azərenerji" SC Səngəçalda 300 MVt gücə malik modul elektrik stansiyasının tikintisi üzrə layihə-smeta sənədləşdirməsinin hazırlığına başlayıb. Bu barədə "Azərenerji"dən məlumat verilib. Bu layihə üzrə tikinti işlərini bu il başlamaq nəzərdə tutulub. Tikinti işləri Wartsila fin şirkəti ilə birgə həyata keçiriləcək. Tikinti işlərində həmçinin ABB İsveç-İsveçrə şirkəti də iştirak edəcək. Tikintinin başa çatdırılması 2008-ci ilin sentyabrına təyin olunub.

Wartsila Səngəçalda modul elektrik stansiyasının qazdan mazuta və əksinə keçirmə üzrə yeni texnologiyanı təklif edib. Bu texnologiya prosesi əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verəcək. Əvvəl şirkət keçirmə müddətini 24 saat üçün təklif edib. Hazırda bu vaxt yarım saata qədər endirilib.

Səngəçal rayonunda yeni energetika obyektlərinin tikintisi Abşeron yarımadasının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olnması üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti