...

Azərbaycanda butan-butilen və propan-propelin qatışığının istehsal göstəriciləri

Energetika Materials 7 Mart 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Yanvar-fevral ayları ərzində Heydər Əliyev adına neft emalı zavodunda (keçmiş "Azərneftyanacaq") 22,86 min ton butan-butilen qatışığı istehsal olunub. Bu proqnozdan 2,1 dəfə, yəni 12,16 min ton çox olub. Bu barədə məlumatı Azərbayacan Neft Şirkətindən veriblər.

Ötən ilin yanvar-fevral ayları ərzində istehsal olunan butan-butilen qatışığının həcmi 17,11 min ton, indikindən 5,75 min ton (33,6 faiz) az olub. 2005-ci il ərzində bu qarışığın istehsalı 129,62 min ton, 2006-cı ildə isə 148,22 min ton həcmində olub.

Yanvar-fevral aylarında isə ötən il olduğu kimi propan-propelin qatışığı istehsal olunmayıb. 2005-ci ildə isə bu qatışığın istehsal həcmi 3.02 min ton olub.

Xəbər lenti

Xəbər lenti