...

Azərbaycan Dövlət Neft Şirkəti öz neftinin Ukraynada emal olunması imkanlarını öyrənir

Energetika Materials 4 May 2007 21:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/Ukraynanın bir sıra NEZ-ləri Azərbaycan Dövlət Neft Şirkətinə bu ölkənin neft məhsulları bazarında mümkün iştirakı çərçivəsində neft emalı imkanları barədə məlumat ünvanlayıblar. Bu barədə cümə günü Xəzər İnteqrasiya İşgüzar Klubunda görüşdə ARDNŞ-in Marketinq və İqtisdai Əməliyyatlar İdarəsinin rəhbəri Muxtar Babayev bildirib.

"Biz hələ münasib iqtisadi şərti tapa bilmirik. Zavodların emal gücü aşağıdır. Köhnə olan bu zavodlarda ya Ukrayna, ya da rus nefti emal etmək olar",-deyə o qeyd edib.

Ukraynada yanacaq doldurma məntəqələrinin açılması məsələsinə də baxılır, amma hələ ki, bu məsələ həllini tapmayıb. Bu məsələyə kompleks şəkildə baxılır: həm emal, həm də öz şəbəkəsindən satış.

"Bu məsələnin birinci mərhələsi hələ ki, həll olunmayıb", - deyə Babayev qeyd edib.

ARDNŞ bu il həmçinin Rumıniyada da öz nümayəndəliyini açıb. "Bu ölkədə ARDNŞ-in nəzərdən keçirdiyi bəzi layihələr var. Rumın şirkətləri bizim qarşımızda artıq müəyyən təkliflərlə çıxış ediblər", - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti