...

Xəzər regionu ölkələri Cənub-şərqi Asiyaya karbohidrogenlərin ixracı ilə maraqlanır

Energetika Materials 7 May 2007 17:21 (UTC +04:00)
Xəzər regionu ölkələri Cənub-şərqi Asiyaya karbohidrogenlərin ixracı ilə maraqlanır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Xəzər dənizi regionunun karbohidrogen ehtiyatlarına malik olan daha çox ölkələri Şərqi Asiya, o cümlədən Hindistan, Pakistan, Əfqanıstan və Çinə nəqletmə imkanlarını istifadə etmək niyyətindədir.

Bazar ertəsi Trend ın ekspertlərinin bildirdiyi rəyə əsasən, İran, Hindistan və Pakistanın İrandan bu ölkələrə qaz kəmərinin tikntisi ilə bağlı iyunda imzalanacaq saziş buna sübutdur. Gələcəkdə boru kəmərinin Çinə qədər uzadılması imkanı nəzərdən keçiriləcək.

Ekspertlərin qeyd etdiyi kimi, Şərqi Asiyaya qazın nəql olunması Türkmənistanı maraqlandıra bilər.

"Bu marşrut Azərbaycan vasitəsilə qazın Avropaya nəql olunmasına alternativ ola bilər və Türkmənistanın Transxəzər qaz kəmərinə qoşulması haqqında qərarına mənfi təsir edə bilər", deyə ekspertlər hesab edir.

Hazırda bü ölkənin bazarları perspektivlidir, belə ki, əsasən idxal olunan enerji daşıyıcılarından asılıdır. Bununla belə, istifadə olunan əsas yanacaq növləri neft və kömürdür. Qazın istifadəsi enerji daşıyıcılarının idxalına olan xərclərin əhəmiyyətli dərəcədə aşağı salınmasına imkan verəcək.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, yalnız Çinin idxal qazına olan tələbatı 2010-cu ildə 20 mlrd. kub metr, 2015-ci ildə 40 mlrd. kub metr və 2020-ci ildə 60-70 mlrd. kub metr təşkil edəcək.

2010-cu ildə istehlak həcmi 80 mlrd. kub metrlik daxili istehsalla birgə 100 mlrd. kub metr təşkil edə bilər. 2015-ci ildə istehlak həcmi 100 mlrd. kub metrlik daxili istehsalla 150 mlrd. kub metr təşkil edə bilər. 2020-ci ildə istehlak həcmi 200 mlrd. kub metr həcmdə proqnozlaşdırılır (daxili istehsal 130-140 mlrd. kub metr səviyyədə planlaşdırılır).

Rusiyanın "Qazprom" ASC İrandan Hindistana qaz kəmərinin tikintisi üzrə layihədə iştirak etməkdə maraqlıdır. Bu barədə "Qazprom" ASC-nin İrandakı nümayəndəliyinin rəhbəri Abubəkir Şamuzov bəyan edib.

Onun sözlərinə görə, qaz kəməri həmçinin Çin ərazisində də uzadıla bilər, belə ki, bu region seyrək məskunlaşıb və böyük satış bazarına malikdir.

İran ərazisindən qazı Pakistan və Hindistana çatdıra biləcək qaz kəmərinin tikintisi üzrə layihənin dəyəri 7 mlrd. dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti