...

Salyan Oil əməliyyat şirkəti apreldə Azərbaycanda neft hasilatını təxminən 2 faiz azaldıb

Energetika Materials 14 May 2007 18:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Apreldə Salyan Oil əməliyyat şirkətinin Azərbaycanın "Kürsəngi-Qarabağlı" quru yatağında neft hasilatı 26 min 370 ton təşkil edib, bu da 2006-cı ilin analoji dövründən 1,88 faiz azdır. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) məlumat verilib.

2007-ci ilin əvvəlindən əməliyyat şirkəti tərəfindən 104,9 min ton neft hasil olunub.

Hazırda şirkət müqavilə sahəsində istismar quyusunun qazılması işlərini davam etdirir. Şirkət nümayəndəsinin sözlərinə görə, quyunun layihə dərinliyi 3500 metr təşkil edir.

Keçən ilin dekabrında Salyan Oil şirkətində aparılmış əməliyyat zamanı 2007-ci illərdə işlərin həyata keçirilməsi üçün büdcə 43 mln. dollar səviyyəsində təklif olunub. 2007-ci ilə ümumilikdə 5 quyunun qazılması nəzərdə tutulub. Onların hamısı istismar üçündür. Onların layihə dərinliyi 3500 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti