...

"Azəriqaz" rəhbəri: Payız-qış mövsümündə Azərbaycanın qazla bağlı problemi olmayacaq (video)

Energetika Materials 30 May 2007 19:40 (UTC +04:00)
"Azəriqaz" rəhbəri: Payız-qış mövsümündə Azərbaycanın qazla bağlı problemi olmayacaq (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu ilin sonuna qədər "Azəriqaz" qapalı səhmdar cəmiyyətinin yeraltı qaz anbarlarına 1 mlrd. kubmetr qaz vurulacaq. Bu barədə Xəzər işgüzar inteqrasiya klubunda (CIBC) görüş zamanı "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, bu həcmdə qaz 2007-2008-ci illər payız-qış mövsümündə abonentlərin qazla tam təchizatına kifayət edəcək. Ötən ilin (2006-2007) göstəricilərinə görə qaz anbarlarına 1,024 mlrd. kubmetr qaz vurulmuşdu. Hazırda anbarlara 170 mln. kubmetr qaz vurulub və ötən dövrdən 350 mln. kubmetr qaz qalıb.

Məlikov qeyd edib ki, rus qazının idxalından imtina olunmasına baxmayaraq "mavi qaz" təchizatı ilə bağlı problem yaşanmayacaq.

Onun sözlərinə görə, hazırda ölkənin elektrik stansiyalarında enerji alınması üçün mazutdan yox, qazdan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti