...

Nazir: "Azərbaycanın qeyri-neft sektoruna kapitalın cəlb edilməsi üçün yeni fiskal rejim yaratmaq lazımdır"

Energetika Materials 5 İyun 2007 13:11 (UTC +04:00)
Nazir: "Azərbaycanın qeyri-neft sektoruna kapitalın cəlb edilməsi üçün yeni fiskal rejim yaratmaq lazımdır"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan Sənaye və Energetika Nazirliyi qeyri-neft sektorunun inkişafına dair Dövlət Proqramı (2007-2012-ci illərdə) hazırlayıb. Bu barədə çərşənbə axşamı sənaye naziri Natiq Əliyev məlumat verib.

"Biz ölkənin qeyri-neft sənayesinin vəziyyətini analiz etdik, bu sahənin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdik. Aydınlaşdırdıq ki, yerli xammalın mövcudluğundan çıxış edərək müəyyən sahələrin inkişafı üçün Azərbaycana bu gün nə lazımdır" - deyə nazir bildirib.

Onun sözlərinə görə, ölkə üçün bu gün qeyri-neft sənayesinin bütün sahələrinin inkişafı əhəmiyyət kəsb edir. Əliyev qeyd edib ki, özünün ciddi xammal bazasına malik olan sahələr prioritet təşkil edir.

"Bu, bizə başqa dövlətlərdən asılı olmamaq üçün lazımdır" - deyə o vurğulayıb.

İqtisadiyyatın müvafiq sektorlarının inkişafı üçün digər əsas amil texnologiyaların mövcudluğudur. "Əgər biz rəqabətədözümlü istehsal səviyyəsinə çıxmaq və məhsulun Avropa standartlarına uyğun olmasını istəyiriksə, yeni texnologiyalar lazımdır. Biz hər bir sahədə texnologiyaların mövcudluğunun səviyyəsini müəyyənləşdiririk" - deyə naziri bildirib.

Əliyev üçüncü amil kimi idarəetmə sistemini, dördüncü amil kimi isə xüsusi vergi və fiskal sisteminin tətbiqini göstərib. Onun sözlərinə görə, bu sistem təkcə xarici investisiyaları deyil, həmçinin müasir texnologiyaları cəlb etməlidir.

"Yeni vergi, gömrük rejimi yaratmaq lazımdır. Yeni qanunlar hazırlamaq gərəkdir ki, onlar insanları və kapitalı qeyri-neft sektoruna cəlb etsin. Bu sektor demək olar ki, bizdə yoxdur. SSRİ vaxtında işləyən iri müəssisələr indi yoxdur" - deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı üçün qanunlar neft yataqlarının işlənilməsi üçün qəbul olunanlarla oxşarlıq təşkil etməlidir. "Biz neft sektoru üçün münbit vergi və gömrük rejimlərini yaratdıq, ona görə də müvəffəqiyyət qazanıldı. Bu gün biz bu sektora artıq 20 mlrd. dollara yaxın vəsait cəlb etmişik" - deyə naziri bildirib.

Vergi rejimi çərçivəsində vergi tətilləri, pul qoyuluşlarının azaldılması və güman ki, avadanlıqların gömrük rüsumlarından azad edilməsi planlaşdırılır. "Hər bir layihə ayrıca olaraq müzakirə edilməlidir" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti