...

Azərbaycan Türkiyə ərazisi vasitəsilə Avropaya qaz nəqlini dəstəkləyəcək

Energetika Materials 13 Avqust 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A. Bədəlova / İran KİV-lərinin verdiyi məlumata görə, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyənin energetika naziri ilə ikitərəfli energetika layihələrinin müzakirə olunduğu görüşdə bəyan edib ki, Azərbaycan Türkiyə ərazisi vasitəsilə Avropaya qaz nəqlini dəstəkləyəcək.

Azərbaycan və Türkiyənin energetika sahəsində əməkdaşlığının vacibliyini vurğulayan Əliyev qeyd edib ki, Azərbaycan İran və Türkiyənin iqtisadi əlaqələrini dəstəkləyir və Türkiyəyə xeyir gətirəcək istənilən layihəni təqdir edir.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan Türkiyənin köməyilə "Şahdəniz" layihəsinin ikinci mərhələsində Avropa Birliyinə qaz satmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti