...

Milli Məclis deputatı: "Xəzəryanı dövlət başçılarının sammiti Xəzərin statusu ilə bağlı konsensusa gətirib çıxarmayacaq"

Energetika Materials 24 Avqust 2007 13:04 (UTC +04:00)
Milli Məclis deputatı: "Xəzəryanı dövlət başçılarının sammiti Xəzərin statusu ilə bağlı konsensusa gətirib çıxarmayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Xəzəryanı dövlət başçılarının növbəti sammiti Türkmənistanla İranın mövqelərinin dəyişməsinə və Xəzərin statusu ilə bağlı konsensusa gətirib çıxarmayacaq. Bunu cümə günü Milli Məclis üzvü Vahid Əhmədov deyib.

"Mən planlaşdırılan sammitdən heç nə gözləmirəm" - deyə o bildirib.

Xəzəryanı dövlət başçılarının növbəti sammiti oktyabrın 16-da Tehranda keçiriləcək.

Milli Məclsin iqtisadi siyasət üzrə komissiyasının üzvü Əhmədovun sözlərinə görə, Türkmənistanın mövqelərində dəyişikliklərin baş verəcəyi ilə bağlı ümidlər bu ölkənin hazırkı rəhbəri Qurbanqulu Berdıməhəmmədovla bağlıdır.

"Türkmənistanın öncəki prezidenti Saparmurad Niyazov konkret mövqe tuturdu və Azərbaycan tərəfi ilə razılaşmırdı" - deyə o bildirib.

Berdıməhəmmədov prezident kürsüsünə əyləşəndən sonra (2007-ci ilin fevralı) rəsmi Aşqabad Xəzərin statusu ilə bağlı mövqeyinə dair bəyanat verməyib.

Sovet İttifaqı dağılanadək Xəzərin hüquqi statusu SSRİ ilə İran arasında 1921 və 1940-cı illərdə imzalanan sənədlərə əsaslanırdı. Perspektiv neft-qaz strukturlarının bölgüsü parametrlərinin əvvəlki hüquqi rejimdə mövcud olmaması beş sahilyanı dövlət (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran) arasında konsensus əsasında Xəzərin yeni hüquqi rejiminin işlənilməsinə zərurət yaradıb.

Xəbər lenti

Xəbər lenti