Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Yanvar-avqust ayları ərzində "Azərenerji" SC-də 14,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. Avqustda 1,6 mlrd. kVt/saata qədər elektrik enerjisi istehsal olunub.
Altı ay ərzində istehsal olunan ümumi həcmin 12,6 mlrd. kVt/saatı istilik elektrik stansiyalarının, 1,8 mlrd. kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb.