...

“Atəşgah” “İlin Sığorta Şirkəti” adına layiq görülüb

Maliyyə Materials 15 Mart 2019 01:21 (UTC +04:00)

Bakı. Trend:

Insure.az onlayn sığorta portalı 2018-ci il ərzində bütün sığorta şirkətlərinin iştirak etdiyi “İlin sığorta şirkəti” bölməsi üzrə vətəndaşlar tərəfindən aparılmış səsvermənin nəticələrini elan edib.

“Atəşgah” sığorta şirkətindən Trend-ə verilən məlumata görə, vətəndaşlar tərəfindən verilmiş səslərin nəticəsinə görə “Atəşgah” 2018-ci ilin sığorta şirkəti elan edilib.

Səsvermədə ölkədə fəaliyyət göstərən 22 sığorta şirkəti iştirak edib, ümumilikdə 401 sayda səs toplanıb. Qeyd edək ki, səsvermə vətəndaşların sığorta şirkətlərinin müştərilərə yanaşması, onların sığorta məhsul və xidmətlərindən məmnunluqları əsasında formalaşıb.

Artıq 23 ildir ki, fəaliyyət göstərən “Atəşgah” SŞ. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. 20-dən çox sığorta növü üzrə xidmətlər təklif edən şirkət paytaxda ve regionlarda 30-a yaxın filialı ilə təmsil olunur.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb.. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti