...

Avrokomissar Aİ iqtisadiyyatının bərpa planını yay aylarında həyata keçirməyə çağırır

Maliyyə Materials 30 Aprel 2020 03:05 (UTC +04:00)
Avrokomissar Aİ iqtisadiyyatının bərpa planını yay aylarında həyata keçirməyə çağırır

Bakı. Trend:

Pandemiyadan sonra Avropa İttifaqının iqtisadiyyatının bərpa strategiyasının həyata keçirilməsinə 2020-ci ilin ikinci yarısında başlanılmalıdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu fikri Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Centiloni "Les Echos" nəşrinə müsahibəsində bildirib.

"Məncə bu bərpa strategiyası dekabr ayında deyil, 2020-ci ilin ikinci yarısında başlamalıdır. Önümüzdəki həftələrdə bərpa mərhələsinə girəcəyik və bu mərhələdə bərpa strategiyamızı həyata keçirməliyik", - komissar deyib.

O, Aİ-nin ÜDM-nin ən az 10 faiz və ya 1.5 trilyon avroya yaxın fonda ehtiyacı olduğunu qeyd edib. "Ancaq unutmayaq ki, biz artıq tədbirlər görmüşük və məbləğin üçdə biri təşkil edilib", - deyə P.Centiloni qeyd edib.

Komissar koronavirusun yayılması səbəbindən yaranan böhranı görünməmiş adlandırıb.

"İqtisadi böhran 1929-cu ilin Böyük Depressiyadan sonra ən güclüsü olacaq. Gələn həftə ediləcək proqnozlarımızda Avrozonanın ÜDM-nin bu il 7.5 faiz azalacağını gözləyirəm", - P.Centiloni əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti