...

Xalq Bank kredit faizlərini daha da endirdi!

Maliyyə Materials 2 Sentyabr 2021 13:23 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin ən böyük banklarından biri olan Xalq Bank 2 sentyabr tarixdən bütün fiziki və hüquqi şəxslər üçün kreditləri daha sərfəli, kredit müddətini daha uzun, şərtləri daha sadə etdi.

Artıq Xalq Bankda istehlak kreditini illik 12 %-dən, avtomobil kreditini 15 %-dən (“Autolux Azərbaycan” şirkətinin təqdim etdiyi avtomobillərə illik 10 %), biznes kreditini manatla 10 %-dən, xarici valyutada 5 %-dən, daxili ipoteka kreditini isə 22 il müddətinə, illik 9 %-dən başlayan faiz dərəcələri ilə əldə etmək mümkündür. Bank qeyri-yaşayış sahələrinin ipotekasını illik 10 %-dən başlayan faiz dərəcəsi ilə 15 il müddətinə təklif edir. İstehlak kreditlərinin müddəti 72 ayadək, əməkhaqqı layihələri üzrə təminatsız kreditlərin məbləği 20 000 manatadək artırılır. Kredit komissiyası 0,1 % təşkil edir.

Xalq Bankın təqdim etdiyi kredit və digər məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən zəldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti