...

Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı

Maliyyə 15 Yanvar 2022 16:58
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artıb.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 faizi ticarət müəssisələri, 52,2 faizi fərdi sahibkarlar tərəfindən, 21,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 faiz artmış, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,1 faiz azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti