...

Azərbaycanda nağdsız ödənişlər 5 dəfə artıb - Fərid Osmanov

Maliyyə Materials 17 May 2023 18:19 (UTC +04:00)
Azərbaycanda nağdsız ödənişlər 5 dəfə artıb - Fərid Osmanov
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda nağdsız ödənişlərin payı 2018-ci ildəki 18,18 faizlə müqayisədə 51 faiz təşkil edir ki, bu da son 5 il ərzində 5 qat artımdan xəbər verir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

O, internet-bankinq sahəsində 8, mobil bankinq sahəsində 40 dəfə artımın müşahidə olunduğunu qeyd edib.

Bundan başqa, F.Osmanov fintex-texnologiyalarının tətbiqinə də toxunub.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maliyyə ekzklüzivliyi prosesinin sürətləndirilməsində böyük rol oynayır. Demək olar ki, bütün fintex şirkətlər yalnız ödənişli xidmətlər təqdim edir. Strateji istiqamətimiz, həmçinin bu prosesə sığorta sektoru, kapital bazarı və özəl sektoru cəlb etməkdən ibarətdir", - deyə o qeyd edib.

F.Osmanovun sözlərinə görə, bununla yanaşı AMB-nin hazırki strategiyası üç ili əhatə edən rəqəmsal ödənişlər strategiyasıdır. Hazırda AMB milli ödəniş sistemlərinin yaradılması üzərində çalışır.

"Hazırda aktiv rəqəmsal transformasiya yaşadığımızdan, maliyyə xidmətləri və ödəniş sistemləri prioritet kəsb edir və bu irimiqyaslı tərəfdaşlıq tələb edir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti