...

AccessBank Azərbaycanın bölgələrində daha bir sıra filial açmağı planlaşdırır

Maliyyə Materials 12 Mart 2024 12:35 (UTC +04:00)
AccessBank Azərbaycanın bölgələrində daha bir sıra filial açmağı planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

AccessBank bu il filiallar şəbəkəsinin genişləndirilməsi ilə bağlı planlarını açıqlayıb, bölgələrdə mərkəzlərə xüsusi diqqət yetiriləcək.

Trend xəbər verir ki, bu barədə AccessBank-ın korporativ, KOB və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev ilk ko-brendinq filialının açılışının kuluarlarında deyib.

Onun sözlərinə görə, bank bütün ölkə ərazisində biznes mühitinə dəstək strategiyası çərçivəsində bank xidmətlərinin məhdud olduğu və ya yetərincə göstərilmədiyi bölgələrdə iştirakın dərinləşməsini hədəfləyir.

"Bizim əsas məqsədimiz bölgələrə xüsusi diqqət yetirməklə bütün ölkə ərazisində biznes mühitinə dəstək verilməsi və inkişafıdır. Bu il bank ən azı iki yeni filial açmağı planlaşdırır. Filialların yer seçimi bazar tələbatları və müxtəlif xidmətlərdə bank xidmətlərinin hazırki əlçatanlığının diqqətli təhlilinə əsaslanacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, "AccessBank" QSC “AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir.

AccessBank-ın missiyası ev təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, eləcə də bankçılıq sahəsində beynəlxalq səviyyədə qəbul olunan qabaqcıl təcrübələrdən istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir.

Xəbər lenti

Xəbər lenti