...

Azərbaycan IOTA-nin etibarlı üzvüdür - İcraçı katib

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2024 13:15 (UTC +04:00)
Azərbaycan IOTA-nin etibarlı üzvüdür - İcraçı katib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa Vergi İdarələri Təşkilatının (IOTA) etibarlı üzvüdür.

Trend xəbər verir ki, bu barədə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perrinyon Bakıda keçirilən karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forumda bildirib.

"Azərbaycan 2024-2025-ci illər üçün IOTA-nin sədri seçilib. Azərbaycan uzun illərdir ki, təşkilatın etibarlı üzvü olub. Bakıda keçirilən bugünkü forumun mövzusu önəmlidir, çünki iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə yönəlib. IOTA-nin əsas fəaliyyəti üzvləri arasında bilik və təcrübə mübadiləsidir", - o deyib.

Aliks Perrinyon qeyd edib ki, tədbirin əsas məqsədindən biri karbon emissiyalarının qiymətləndirməsi təşəbbüsü barədə bilik mübadiləsi aparmaq və bu sahədə ölkələr arasında əməkdaşlığı təşviq etməkdir.

O vurğulayıb ki, qlobal istiləşməni 1,5 °C – 2 °C səviyyəsində saxlamaq üçün 2019-cu il səviyyələri ilə müqayisədə emissiyaları 25-50 faiz azaltmaq lazımdır.

"Təcrübələri bölüşmək və ölkələrin karbon vergisini necə tətbiq etdiyini öyrənmək vacibdir. İnanıram ki, bu forum vergi orqanları arasında dialoqun dərinləşdirilməsi üçün mühüm addım olacaq və gələcək əməkdaşlıq və inkişaf üçün möhkəm zəmin yaradacaq", – o əlavə edib.

Qeyd edək ki, Bakıda keçirilən karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Cabbarov, energetika naziri Pərviz Şahbazov, dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli və digər rəsmi şəxslər iştirak edir. Tədbirdə aparıcı xarici ekspertlər və mütəxəssislər də daxil olmaqla 40-dan çox ölkədən nümayəndə heyətləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti