...

İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini azaltmaq üçün yaşıl enerjiyə keçid lazımdır - Anar Əliyev

Yaşıl iqtisadiyyat Materials 26 Sentyabr 2024 11:18 (UTC +04:00)
İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini azaltmaq üçün yaşıl enerjiyə keçid lazımdır - Anar Əliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini azaltmaq üçün yaşıl enerjiyə keçid lazımdır.

Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"İlqim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində neqariv təsirlərini azaltmaq üçün yaşıl enerjiyə keçid lazımdır", - deyə, o bildirib.

O qeyd edib ki, Azərbaycanda əhalinin rifahının yüksəldilməsinə önəmli yer ayrılır.

“2018-ci ildən bu yana 4 milyon şəxsi əhatə edən 4 sosial islahat paket həyata keçirilib. Son 6 ildə əmək müqavilələrinin sayı 563 min artıb.

Ölkəmizdə məşğulluq haqqında yeni qanunlar qəbul edilib. Son 6 ildə 650 minə yaxın şəxs işlə təmin edilib. Bu nəticələrdə işəgötürənlərin rolunu xüsusi qeyd etmək lazımdır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti