...

“SOCAR Green” "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib - Elmir Musayev

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2024 13:58 (UTC +04:00)
“SOCAR Green” "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib - Elmir Musayev
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Green” "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib.

Trend xəbər verir ki, bu barədə “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bildirib.

"Yaşıl enerji keçidi və iqlim dayanıqlılığı SOCAR-a qlobal bazarda iştirakını genişləndirmək imkanı verib", - E.Musayev qeyd edib.

O, şirkətin 2050-ci ilə qədər "xalis sıfır" (Net Zero) hədəfinə çatmağa yönələn strategiyasını xatırladıb.

E.Musayev “SOCAR Green”in gənc bir şirkət olaraq (2024-cü ildən fəaliyyət göstərir) böyük ambisiyalara malik olduğunu və artıq "yaşıl" enerji ilə bağlı bir sıra layihələrdə əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

"Bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 qiqavatdır. Bu nəzərə alınaraq, biz “MASDAR” ilə birlikdə bu sahədə layihənin imkanlarını qiymətləndiririk", - o əlavə edib.

Eyni zamanda, o, “ACWA power”, “bp”, “Total”, “Uniper” və Çin enerji şirkətləri ilə əməkdaşlığını da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti