...

“Güləbird” kiçik Su Elektrik Stansiyasından indiyədək istehsal edilən enerjinin həcmi açıqlanıb

Yaşıl iqtisadiyyat Materials 14 Fevral 2025 13:12 (UTC +04:00)
“Güləbird” kiçik Su Elektrik Stansiyasından indiyədək istehsal edilən enerjinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Güləbird” kiçik Su Elektrik Stansiyasından indiyədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi gücü 8 MVt olan basqılı derivasiya tipli stansiyada istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Xatırladaq ki, 4 il əvvəl fevralın 14-də Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası bərpadan sonra istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti