Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Bakıda səfərdə olan Rusiyanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin beynəlxalq əməkdaşlıq Departamentinin direktor müavini Yevgeni Fedorov Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə rabitə, informasiya texnologiyaları və poçt sahəsində əməkdaşlıq üzrə sazişin imzalanması üçün hazırlığın yekunlaşdığını bildirib.
"Azərbaycana səfərimizin məqsədi gözlənilən saziş çərçivəsində tədbirlər planının razılaşdırılmasıdır" - deyə Fedorov vurğulayıb. O, sazişin ilin sonuna qədər imzalanacağını istisna etməyib.
Nümayəndə heyətinin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən qəbul olunacağı gözlənilir.