...

Azercell Argentina ilə rouminq müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 2 Noyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, / Trend / Cümə günü "Azercell Telekom" BM-dən verilən məlumata görə, "Azercell Telekom" BM ilə Argentinanın "Telecom Personal SA" operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Xatırladaq ki, bu, Argentina ilə sayca ikinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda bu ölkənin "CTI Compania de Telefonos del Interior S.A." operatorunun xidmətindən yararlanırlar.

İndiyə kimi "Azercell Telekom" BM 140 ölkənin mobil rabitə operatorları ilə 342 rouminq sazişi bağlayıb.

"AzərcellTelecom" BM 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkət fəaliyyətə həmin il dekabrın 15-də, əhaliyə sonradan ödəmə xidmətləri təqdim etməklə başlayıb. "AzərcellTelecom" Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35,7%) və Fintur Holdings BV-in (64,3%) birgə müəssisəsidir. Fintur Holdings BV-nin səhmlərinin 58,55%-i "TeliaSonera", 41,45%-i isə, "Turkcell" şirkətlərinə məxsusdur.

Azercell 2,8 milyondan çox abunəçiyə malikdir və Azərbaycan ərazisinin 73%-ni mobil rabitə ilə əhatə edir.

Xəbər lenti

Xəbər lenti