...

2008-ci ilin birinci yarısında Azərbaycanda "üçüncü nəsil" əlaqə xidmətləri tətbiq edilə bilər

Telekommunikasiya Materials 24 Dekabr 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva, S.İlhamqızı/ 2008-ci ilin birinci yarısında Azərbaycanda "üçüncü nəsil" əlaqə xidmətləri-3G tətbiq edilə bilər. Bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. "Artıq ölkənin üç GSM operatoru (Azercell Telecom, Bakcell və Azerfon) öz aralarında danışıqlar aparırlar" -nazir bildirib. Abbasovun sözlərinə görə, Radiotezliklərin İdarə edilməsi üzrə Dövlət Komissiyası bu şirkətlərə 3G-nin tətbiqi üçün lazımi tezlikləri ayırıb. 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G- İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən "üçüncü nəsil" xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyirlər və məlumatları 2 Mbit/s sürətilə göndərirlər. 3G üçüncü nəsil şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və.s baxmağa imkan yaradır. Azərbaycan hökumətinin proznozlarına görə, 2008-ci ildə ölkədə mobil rabitə abonentlərinin sayı 5.2 mln. nəfərə çatacaq. Növbəti illərdə --2009-cu ildə bu rəqəm 5.9 mln, 2010-cu ildə 6.2 mln. və nəhayət, 2011-ci ildə 6.8 mln. nəfərədək arta bilər. Bu gün Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 4 mln. nəfəri ötüb. Beləliklə, ölkədə hər iki nəfərə bir mobil telefon düşür. Ölkədə üç GSM operatoru fəaliyyət göstərir. Bazarda ən böyük paya 2.8 mln. Abonenti olan Azercell Telecom BM sahibdir. İkinci yerdə 700 mindən çox abonentə malik olan Bakcell və 300 min abonentə malik Azerfon BM-dir.

Xəbər lenti

Xəbər lenti