Azərbaycan, Bakı, 30 may/ Trend müxbir S.Babayeva/ İntel korporasiyasının direktorlar şurasının sədri Kreyq Barrettin (Craig Barrett) iyunun əvvəlində Bakıya işgüzar səfəri çərçivəsində İntel korporasiyası ilə Təhsil, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri arasında niyyət haqqında memorandumun imzalanması planlaşdırılıb.
İntel korporasiyasının MDB ölkələri üzrə mətbuat xidmətinin verdiyi məlumata görə, bu "Mobil texnologiyalar məktəblərə" proqramının reallaşdırılması və Azərbaycanda məktəblərə CMPC-nin verilməsi; İntel-in Azərbaycanda "Gələcək üçün təhsil" proqramının reallaşdırılmasının davam etdirilməsi, naqilsiz İnternet texnologiyalarının (Wi-Fi və Wi-Max) inkişafı layihələrinə dəstək göstərilməsi haqqında memorandumdur.
Sənəd İntel-in Azərbaycanın təhsil üzrə dövlət proqramına hərtərəfli informasiya və texniki dəstək göstərməsini və ölkədə kompyuter və İnternetdən istifadə səviyyəsinin artırılmasını nəzərdə tutur.