...

Koordinasiya Şurası Azərbaycanda İnternetin qiymətinin azalmasına kömək etməyəcək - ekspert

Telekommunikasiya Materials 25 İyul 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda İnternet şəbəkəsinə çıxışın qiymətləri ölkədə İnternetin inkişafı üzrə Koordinasiya Şurasının yaradılmasından asılı deyil. "Multimedia" informsiya sistemləri və texnologiyaları mərkəzinin direktoru, İnternet-forumun prezidenti Osman Gündüz belə hesab edir.

"Qiymətlərin azalması [İnternetə çıxışın] və Şura arasında əlaqəni təsəvvür etmək mənim üçün çətindir", - Gündüz bildirib.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hesab edir ki, bu ilin əvvəlində Şuranın yaradılması İnternetə çıxışın qiymətlərinin 30-35 faiz azalmasına səbəb olub.

Ekspertin rəyinə görə, hazırda Azərbaycanda İnternetə çıxış qiymətləri çox yüksəkdir. "Məhdudiyyətsiz aylıq trafikli bir meqabaytlıq kanal Rusiyada, orta hesabla, $20-30, Azərbaycanda isə, təqribən $500 qiymətindədir", - QHT rəhbəri bildirib.

Gündüz açıq rəqabət mühitinin inkişafını və dövlət orqanları - Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirlikləri tərəfindən konkret islahatların aparılmasını ölkədə İnternetin qiymətinin azalmasının əsas səbəbi hesab edir.

Rabitə naziri Əli Abbasov əvvəllər bildirib ki, hazırda İnternet-provayderlər üçün "Aztelekom" və "Baktelekom" İB-in resurslarının (yalnız ATS deyil, həm də kanallar və digər yerli resurslar) qiymətlərinin azaldılması məsələsi müzakirə olunur.

"İB-in resurslarına xərclər azaldığı halda, ölkədə İnternetə çıxış qiymətləri daha 15 faiz azaldıla bilər", - nazir əvvəllər bildirib.

Azərbaycanda 30 İnternet-provayder fəaliyyət göstərir və onlardan yalnız ikisi dövlət şirkətidir.

Rabitə Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda İnternet şəbəkəsi istifadəçilərinin sayı 1 mln. nəfərdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti