...

Nar Mobile şirkətinin rominq tərəfdaşları haqqında yalan məlumat Gsmworld şirkətinin saytından çıxarılacaq

Telekommunikasiya Materials 15 Avqust 2008 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend /Azerfon MMC şirkəti (Azərbaycanda mobil rabitə xidmətləri - Nar Mobile ticarət nişanı) bu yaxınlarda mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com İnternet saytında özünün erməni operatorlarından biri ilə rominq sazişinin olması haqqında məlumat aşkar etməsi barədə bəyanat yayıb.

Azerfon MMC şirkətinin bəyanatında bildirilir ki, məlumatın yerləşdirildiyi Saytın rəhbərliyi yanlış məlumat mümkün qədər qısa müddət ərzində aradan qaldırılacağını bildirib.

Azerfon MMC artıq GSMworld təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərib. GSM Assosiasiyasının rəsmi İnternet səhifəsində Nar Mobile şəbəkəsinin mövcud rominq razılaşmaları haqqında düzgün xəbər və yeniliklər aşağıdakı ünvandan yerləşdirilib: http://www.gsmworld.com/roaming/gsminfo/roa_azaf.shtml

Nar Mobile -nin şəbəkəsi Azərbaycan ərazisinin 80 faizdən çox hissəsini əhatə edir.

AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005 -ci ilin sonunda lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən yarım milyondan çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti