...

Üç il ərzində Azərbaycanda kompüter istifadəçilərinin sayı üç dəfə artacaq

Telekommunikasiya Materials 2 Sentyabr 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend Cap , müxbir İ.Xəlilova/ "Azərbaycan hökuməti Microsoft və İntel Korporasiyaları ilə birgə hazırlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində, kompüterlərin alınması üçün güzəştli kreditlər verməyi planlaşdırır", - rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə axşamı bildirib. O güman edir ki, ilin sonunadək təklif konkretləşəcək və 2009 - cu ildən layihənin realizəsinin başlaması üçün qərar qəbul ediləcək.

"Verilən kreditlərin ümumi həcmi tələbatdan və bizim əhalinin kompüterlərdən istifadəyə marağını nə dərəcədə artıra biləcəyimizdən asılıdır", - nazir bildirib.

Güman olunur ki, kompüter həllərindən istifadə üzrə hazırki vəziyyət üç il ərzində üç dəfə yaxşılacaq. Abbasovun sözlərinə görə, hazırda hər 100 nəfərə altı -yeddi kompüter düşür.

"Layihə uğurla realizə olunarsa, onların sayı üç dəfə artacaq, - nazir qeyd edib. - Bu, İnternetdən kütləvi istifadənin artacağı, kompüterlərin onlardan istifadənin tələb olunduğu bütün sahələrdə tətbiqi deməkdir və cəmiyyətin inkişafının yeni mərhələsinə gətirəcək".

"Xalq kompüteri" layihəsinin mahiyyəti kompüterin alınması üçün əhalinin aztəminatlı təbəqələrinə aşağı faiz dərəcələri altında uzunmüddətli kreditlərin verilməsindən ibarətdir.

Artıq bu il pilot layihə çərçivəsində 10 min kompüter almaq və onlarla əhalinin aztəminatlı təbəqələrini, həmçinin, müəllim və tələbələri təmin etmək nəzərdə tutulur.

Sentyabrın 2-nə olan cari mübadilə məzənnəsi -- 0,8144 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti