...

Azercell Telecom öz abunəçilərinə 50 faiz güzəşt təklif edir

Telekommunikasiya Materials 19 İyun 2009 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend /

Azərbaycanın böyük mobil operatoru "Azercell Telekom" MMC bu gündən etibarən Sim-Sim və fakturalı xətt abunəçiləri üçün "Super Bizdənbizə" yeni tarifi istifadəyə verib, cümə günü yayılmış şirkətin məlumatında deyilir.

Yeni tarif paketində SimSim abunəçiləri "Azercell" şəbəkəsi çərçivəsində "4 saniyə bir kontur" tarifi ilə danışa bilərlər, ölkə daxilində digər şəbəkələrə zəng zamanı isə "bir saniyə iki kontur" tarifindən istifadə etmək olar. Bir sözlə, yeni tarif paketində daxili şəbəkə zənglərinə 50 faiz güzəşt olunub.

Fakturalı xətt abunəçilərinə gəldikdə isə, "Super Bizdənbizə" tarif paketində aylıq ödəniş yoxdur və "Azercell" abunəçiləri şəbəkə daxilində zənglər üçün 0,05 manat ödəyəcəklər, ölkə daxilində digər şəbəkələrə zəng üçün 0,30 manat öləyəcəklər.

Təxminən 3,7 milyon olan Azercell abunəçilərinə danışıq üzrə əlverlişli olan yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri "Super" yazıb 7575 nömrəsinə göndərməlidirlər, fakturalı xətt abunəçiləri bu sözü 650-yə göndərməlidirlər.

"Azercell Telekom" MMC-nin təqdim etdiyi yeni tarif paketinə qoşulun və öz sevimlilərinizlə doyunca danışın.

İyunun 19-na rəsmi kurs 0,804 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti