...

RİTN Suriyanın kommunikasiya şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Telekommunikasiya Materials 10 İyul 2009 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Q.Vəliyev / 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Suriyanın Xarici İşlər Nazirliyi ilə informasiya-kommunikasiya texnologiyaları sahəsində hökumətlərarası müqavilə imzalayıb, bu barədə Trend -a cümə axşamı RİTN-nin beynəlxalq münasibətlər şöbəsi başçısının müavini Rüfət Tağızadə bildirib.

Onun sözlərinə əsasən, müqavilə Suriyanın telekommunikasiya avadanlıqları istehsalçısı olan şirkətləri ilə əməkdaşlığı nəzərdə tutur. Suriya tərəfi Azərbaycana şirkətin istehsalı ilə yerində daha yaxından tanış olmağı təklif edir.

Müqavilə Suriya Prezidenti Bəşər əl-Əsədin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Sənədi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti