...

AZQTEL şirkəti WiMAX şəbəkəsinin genişləndirilməsi üzrə işlər aparır

Telekommunikasiya Materials 25 İyul 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir Q.Vəliyev /

WiMAX texnologiyaları ilə internetə simsiz giriş xidmətlərini təqdim edən AZQTEL şirkəti Bakının Mərdəkan qəsəbəsində baza stansiyasının qurulması üzrə işlər həyata keçirir. Bu barədə Trend -a şirkətdən bildirilib.

Şirkətdən bildirildiyi kimi, yeni baza stansiyasının qurulması şəhərətrafı qəsəbənin bu hissəsində, eyni zamanda digər yaşayış məntəqələrində radioörtüyün təmin edilməsinə imkan verəcək. Sürət və xidmətlərin keyfiyyəti siqnalın gücündən və baza stansiyasının məsafəsindən asılı olacaq.

WIMAX texnologiyaları internet şəbəkəsinə, həmçinin analoji simli ADSL-ə genişzolaqlı simmetrik simsiz radiogirişin təşkil olunmasına, həmçinin  çox az və yüksək olmayan tikilili rayonlarda, ADSL-ə və ya hər hansı başqa bir şəbəkəyə simli giriş imkanı olmadığı şəhərətrafı qəsəbələrdə, yaylaqlarda paylama lokal şəbəkəsinin inşasına yönəlib.

WiMAX şəbəkəsi mobil rabitə şəbəkələrinin əsalandığı prinsiplərə əsaslanıb. Lakin onlardan fərqli olaraq WiMAX-ın baza stansiyaları 100 Mbit/s-ə kimi kabel qoşulması ilə müqayisə oluna bilən buraxılış gücü 30 km-dən çox sahədə  genişzolaqlı rabitəni təmin edir.

WiMAX digət radiotexnologiyalardan baza stansiyasının birbaşa görüntüsü olmadan bele əks olunan siqnaldan istifadə edilməklə stabil işləməsi ilə fərqlənir. Bu nadir qurğu sıx şəhər tikililəri şəraitində belə stabil yüksəksürətli kanalın saxlanılmasına  imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti