...

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasının işində iştirak edəcək

Telekommunikasiya Materials 10 Aprel 2010 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurasının yaz sessiyasının işində iştirak edəcək. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

İclas aprelin 12-30-da Berndə (İsveçrə) keçiriləcək.

Tədbirdə Azərbaycanı nazirliyin və Azərpoçtun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Sessiyanın təqvim planında Poçt İstismarı Şurasının qruplar və komissiyaları ilə birgə İnzibati Şuranın layihə və işçi qruplarının iclasının keçirilməsi nəzərdə tutulur. Sessiya çərçivəsində əvvəlki sessiyalardan qalan və tədqiqi hələ də davam edən Azərbaycanın təklifləri nəzərdən keçiriləcək. Bununla yanaşı, sessiya çərçivəsində Azəreksprespoçta ÜPİ-nin EMS(Express Mail Service)xidmətləri üzrə "Qızıl sertifikat"ın təqdim olunması mərasimi keçiriləcək.

ÜPİ-nin iki ali orqanının (İnzibati Şura və Poçt İstismarı Şurası) üzvü olan Azərbaycan 2008-ci ildə Cenevrədə təşkilatın sonuncu Konqresində sözügedən orqanların layihə və işçi qruplarının, komissiyalarının tərkibinə qoşulub. Respublika bütün tədbirlərdə iştirak edir, ümumi işə öz töhfəsini verir, qarşısında duran bütün öhdəlikləri və tapşırıqları yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti