...

Bakcell Qubada yeni Bakcell IM açdı

Telekommunikasiya Materials 18 May 2010 16:55 (UTC +04:00)
Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, Quba şəhərində yeni Bakcell IM Satış və müştəri xidmətləri Mərkəzini istifadəyə verib.
Bakcell Qubada yeni Bakcell IM açdı

Аzərbaycan, Bakı, 18 may /Trend/

Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, Quba şəhərində yeni Bakcell IM Satış və müştəri xidmətləri Mərkəzini istifadəyə verib.

Azərbaycan prospekti/A.Qarayev küçəsində yerləşən yeni Bakcell IM mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.

Bu, şirkətin son 12 ay ərzində regionlarda açdığı sayca yeddinci Bakcell IM mərkəzidir.

Azərbaycanın bir çox bölgələrində, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki, Quba, Xaçmaz və Mingəçevirdə Bakcell-in Müştəri Xidmətləri və Satış mərkəzləri fəaliyyət göstərir.

2010-cu ilin sonuna kimi Bakcell ümumilikdə 17 Bakcell IM mərkəzini açmağı planlaşdırır. Onlardan 12-si ölkənin bölgələrində, 5-i isə Bakıda yerləşəsək.

Son 1 il ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Bakcell IM mərkəzləri, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etmək və yaxud www.bakcell.com saytına daxil olmaqla, Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti