...

Azərbaycan ITU-nun fəaliyyətini nizamlayan normaların yenidən baxılmasında iştirak edəcək

Telekommunikasiya Materials 25 Avqust 2010 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqı (International telecommunication Union - ITU) oktyabrın 4-dən 22-dək Meksikada keçiriləcək 2010-cu ilin 18-ci səlahiyyətli konfransın gündəliyini açıqlayıb. Bu barədə ITU-nun məlumatında deyilir.

İclasda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təmsil edəcək.

Nümayəndələr kibercinayətkarlıqla mübarizə, genişzolaqlı rabitə bazarının inkişafı, IPv6 protokoluna keçid və digər məsələlərlə bağlı bir neçə məsələni həll etməlidirlər. Konfrans iştirakçıları ITU-nun fəaliyyətini nizamlayan norma və qaydalara, eləcə də bütün ölkələr üçün ümumdünya müqaviləsinə yenidən baxacaqlar. Telekommunikasıya xidmətləri bu müqavilə əsasında bütün dünyada göstərilir.

Konfransda hökumət, özəl sektor, regional və beynəlxalq təşkilatları təmsil edən nümayəndələrin, 160-dan çox ölkənin dövlət rəhbərləri və VİP şəxslər daxil olmaqla, iki min nəfərin iştirakı gözlənilir.

Səlahiyyətli konfrans ITU-nun ali orqanıdır. Ona 192 ölkə, təşkilatın gələcək siyasətinin hazırlanmasına cavabdeh olan 700-ə yaxın şirkət, eləcə də milli, regional və beynəlxalq təşkilatlar daxildir.

Dörd ildə bir dəfə çağırılan konfransda ümumi siyasət, dördillik strateji və maliyyə planları müəyyənləşdirilir və təşkilatın ali rəhbərliyi, şura üzvləri və radioreqlament komitəsinin üzvləri seçilir.

Bundan əvvəl Azərbaycan "C" regionu ölkələri qrupu üzrə seçkilərdə 57 səs qazanaraq təşkilatın şurasına daxil ola bilməyib. Seçkilər "A", "B", "C", "D" və "E" regionları üzrə keçirilib.

"A" regionu üzrə Braziliya, Meksika, Argentina, ABŞ, Kanada, Kuba, Trinidad və Tobaqo, Venesuela; "B" regionu üzrə Fransa, İspaniya, İsveçrə, Almaniya, İsveç, İtaliya, Portuqaliya və Türkiyə, "C" - Rusiya, Rumıniya, Bolqarıstan, Çexiya və Ukrayna; "D" - Mərakeş, Seneqal, Əlcəzair, Nigeriya, Mali, Tunis, CAR, Misir, Qana, Burkina Faso, Keniya, Tanzaniya və Kamerun; "E" regionu üzrə Yaponiya, Koreya, Çin, Tailand, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Hindistan, Filippin, Səudiyyə Ərəbistanı və Avstraliya seçiliblər.

Xəbər lenti

Xəbər lenti