Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Regional Rabitə Birliyi (RRB) peyk rabitəsinin inkişafı üzrə aktual təkliflərin müzakirəsinə dair ekspertlər qrupunun ikinci iclasının işində iştirak edəcək. Bu barədə cümə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən bildiriblər.
İclas martın 22-24-də Moskvada keçiriləcək.
İclasın işində Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları təmsil edəcəklər.
İclasda Fiksə olunmuş Peyk Xidməti (FPX) və Radioyayım Peyk Xidməti (RPX) sistemləri tərəfindən geostasionar orbitlərdən istifadənin vəziyyəti və RRB iştirakçısı olan ölkələrin bu sistemlərə tələbatı öyrəniləcək.
2012-ci ildə Ümumdünya Radiorabitə konfransının gündəliyinin 7 və 1.13-cü bəndləri çərçivəsində RRB-nin mövqeyi və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) prosedurların təkmilləşdirilməsi təklifinin və digər məsələlərin müzakirə olunacağı gözlənilir.