...

Rabitə Nazirliyi Azərbaycanın İT-məhsullarının ixracına kömək etmək üçün sənəd hazırlayıb

Telekommunikasiya Materials 16 İyul 2011 12:24 (UTC +04:00)
Azərbaycan Rabitə Nazirliyinin 2011-ci ildə perspektiv planlarına ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixrac potensialının genişləndirilməsi üzrə fəaliyyəti daxildir.
Rabitə Nazirliyi Azərbaycanın İT-məhsullarının ixracına kömək etmək üçün sənəd hazırlayıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ildə perspektiv planlarına ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixrac potensialının genişləndirilməsi üzrə fəaliyyəti daxildir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, əlverişli ixrac rejiminin yaradılması üçün xüsusi sənəd hazırlanıb və yaxın vaxtlarda müvafiq orqanlara təqdim ediləcək.

Sənədin əsas məqsədi Azərbaycanda İKT sahəsində ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılmasıdır.

Həmin sənəddə verginin sadələşdirilməsi, gömrük rüsumlarının azaldılması, bir çox hallarda isə rüsumların ödənilməsindən azad edilmə kimi bəndlər öz əksini tapıb. Həmçinin, kreditlərin verilməsi prosesinin sadələşdirilməsi təklif edilir.

"Hesab edirik ki, belə rejimin tətbiqi Azərbaycanın İKT sektoruna xarici investisiyaları və transmilli şirkətləri cəlb etməyə imkan verəcək. Bu, birgə layihələrin həyata keçirilməsində beynəlxalq transmilli şirkətlərin iştirakına, eləcə də xarici bazarlarda yerli şirkətlərin aktivləşməsinə gətirib çıxaracaq", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti