...

AMEA Azərbaycanın GRID-seqmentinin gücünü artırmağa başlayıb

Telekommunikasiya Materials 10 Avqust 2011 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu Azərbaycanın GRID-seqmentinin gücünün artırılması üzrə işlərə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə institutun Yüksək enerjilər laboratoriyasının müdiri Övsət Abdinov deyib.

Onun sözlərinə görə, hazırda aparat-proqram həllərinin tədarükçüsü artıq imzalanan sazişlər əsasında öz istehsal qurğularında bu seqmentin quraşdırılması və sınaqdan keçirilməsi üçün tələb olunan işlərə başlayıb. Tədarükçü kimi ABŞ-ın "ACE Computers" şirkəti çıxış edir.

Bu istehsalçının aparat-proqram həllərinin ayın sonunda tədarük ediləcəyi gözlənilir.

İnstitutun DATA mərkəzinin hesablama şəbəkəsi əlavə alınan "blade" və "storage" serverlər hesabına artırılacaq. İstehsalın artırılması ilə yanaşı, bu, elektrik enerjisindən sərfiyyatı optimallaşdırmağa, soyutma sisteminin meydança və resurslarını istifadə etməyə imkan verəcək, eləcə də məlumatların emalı mərkəzlərinin idarə edilməsi və qoşulması prosedurunu sadələşdirəcək.

İnstitutun planlarına "blade" serveri üçün bir "SuperMicro" və "storage" serveri üçün iki "SuperMicro" səbətinin alınması daxildir. Hər səbətdə on server olacaq.

Bu avadanlığın instalyasiyası kənar massivin həcmini indiki 40 terabaytdan 100 terabaytadək artırmağa imkan verəcək.

Hər "blade" serverin operativ yaddaşının həcmi 12 Gb təşkil edəcək. Hər "blade" serverdə iki dördnüvəli IntelXeon prosessoru olacaq. Bu, ümumilikdə 160 özək təşkil edəcək.

Hazırda DATA mərkəzin resursları Elmlər Akademiyasının ehiyacları üçün istifadə olunur. Onun daxili GRID seqmentindən istifadə etməklə elmi məsələləri həll etmək imkanı var.

Xəbər lenti

Xəbər lenti