...

Milli Elmlər Akademiyası AzScienceNet şəbəkəsinin müdafiəsini gücləndirir

Telekommunikasiya Materials 26 Sentyabr 2011 17:51 (UTC +04:00)
İnformasiya Texnologiyaları İnstitutu AzScienceNet elmi kompüter şəbəkəsinin viruslardan və arzuolunmaz məlumatlardan müdafiəsini gücləndirir.
Milli Elmlər Akademiyası AzScienceNet şəbəkəsinin müdafiəsini gücləndirir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu AzScienceNet elmi kompüter şəbəkəsinin viruslardan və arzuolunmaz məlumatlardan müdafiəsini gücləndirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTİ-nun məlumatında deyilir.

Məlumata görə, AzScienceNet-in elektron poçt xidmətinin spam və viruslardan müdafiəsi üçün institut SpamTitan proqram təminatını tətbiq edib. Bu proqram əvvəllər institutun mütəxəssisləri tərəfindən sınaqdan keçirilib.

SpamTitan elektron poçtun spamdan, Troyan proqramlarından, viruslardan, fişinqdən və arzuolunmaz kontentdən müdafiəsini təmin edən proqram təminatının kompleks həllini ehtiva edir.
Proqram həlli bazarda spamın həcmini azaltmağa imkan verən ən yaxşı antispam-filtrlərdən biridir. O, öz növbəsində, poçt serverlərinin iş yüklənməsini azaldır və son istifadəçinin məhsuldarlığını artırır.

SpamTitan-nın funksiyalar dəstinə ClamAV və KasperskyLabs daxil olmaqla, iki antivirus mühərriki daxildir. Çoxtəbəqəli antispam-araşdırma isə arzuolunmaz məktubların 98 faizdən artıq aşkar edilməsinə gətirib çıxarır.

Proqram kontenti filtrasiya edir, daxil olan və çıxan poçtu skan edir, son istifadəçi üçün e-mail karantini haqqında hesabatları təşkil edir və s.

AzScienceNet şəbəkəsinin təhlükəsizliyini daha yüksək səviyyədə təmin etmək üçün statistikanın aparılması və istifadəçinin aktivliyinin monitorinq sisteminin tətbiqi gözlənilir. Bu məqsədlə institut AZ-GERT kompüter insidentləri üzrə komandanın imkanlarından istifadə etməyi planlaşdırır.

AzScienceNet elmi kompüter şəbəkəsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının qəbul etdiyi internetdən istifadə siyasəti artıq hazırlanıb. Bu gün təhlükəsizlik siyasətinin hazırlanması üzrə iş aparılır, internet-mühitdə etik normalara riayət olunması ilə bağlı hüquqi sənədlərin qəbulu, təhdidlərin yaranması imkanlarının məhdudlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti