Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/
gov.az domenində qeydiyyata alınan dövlət internet resursları Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatların emalı mərkəzində yerləşdiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə AMEA-dan məlumat verilib.
Bu, İnstitutun DATA-mərkəzinin istismara verilməsindən sonra mümkün olacaq.
İlkin mərhələdə MEM-ə AMEA-nın 40-a yaxın institutunun gov.az domenində qeydiyyata alınan və dövlət təşkilatlarına xidmət üçün nəzərdə tutulan internet-resurslar keçiriləcək, gələcəkdə isə dövlət resurslarının İnstitutun DATA-mərkəzinə tam köçürülməsi nəzərdə tutulub.
İnstitutun DATA-mərkəzi ilin sonunadək istismara veriləcək.
DATA-mərkəz üçün IBM şirkətinin tədarükçüsü olduğu lazımi avadanlıqlar (məlumatalrın qorunub saxlanması sistemi) artıq alınıb.
Hazırda DATA-mərkəz üçün soyutma sisteminin tədarükü gözlənilir.
DATA-mərkəzin məhsuldarlığı 1,5 teraflop, operativ yaddaş həcmi - 650 qiqabayt, xarici massivi 40 terabaytdır. Massivin böyük həcmdə olması AMEA institutlarının məlumat bazalarının arxivləşdirilməsini aprmağa imkan verəcək.