...

Azərbaycanda İKT-nin inkişafında aparıcı qüvvə gənclərdir – nazir müavini

Telekommunikasiya Materials 13 Dekabr 2011 13:19 (UTC +04:00)
Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali məktəblərə qəbul olanların sayı xeyli artıb.
Azərbaycanda İKT-nin inkişafında aparıcı qüvvə gənclərdir – nazir müavini

Аzərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir H.Vəliyev/

Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali məktəblərə qəbul olanların sayı xeyli artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, həmin abituriyentlər İT sahəsində bilik səviyyəsinin yüksək göstəricilərini nümayiş etdirirlər. Ölkə daxilində təhsil almaqla yanaşı, azərbaycanlı tələbələr göstərilən sahədə xaricdə də təhsil alırlar.

"Bu gün ölkə əhalisinin 30 faizini gənclər təşkil edir. İKT-nin inkişafında aparıcı qüvvə gənc nəsildir", - Vəlizadə deyib.

Onun sözlərinə görə, nazirlik Azərfon mobil rabitə operatoru ilə birgə artıq Future Lab layihəsini reallaşdırır ki, onun əsas məqsədi gənclərin və gənc sahibkarların təşəkkül tapmasına yardım edən bisnes inkubatorlarının formalaşmasıdır.

2011-ci ildə ölkədə yaradılan İKT Sənaye Assosiasiyası da bisnes inkubatorlarının formalaşmasına kömək edəcək.

Vəlizadə bildirib ki, bu assosiasiyada bir çox fəaliyyət istiqamətləri mövcuddur. Onlardan biri yeni başlayan sahibkarlara dəstəkdir.

Xəbər lenti

Xəbər lenti