...

Azərbaycanın dövlət rabitə operatoru "Trans-Asiya-Avropa" seqmentini genişləndirir

Telekommunikasiya Materials 21 Fevral 2012 11:23 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Neftçala Telekommunikasiya Qovşağını (TKQ) "Trans-Asiya-Avropa" optik-lif seqmentinə birləşdirir.
Azərbaycanın dövlət rabitə operatoru "Trans-Asiya-Avropa" seqmentini genişləndirir

Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Neftçala Telekommunikasiya Qovşağını (TKQ) "Trans-Asiya-Avropa" optik-lif seqmentinə birləşdirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Bu istiqamətdə işlərin əsas hissəsi artıq yerinə yetirilib.

Layihənin reallaşdırılması Salyan və Neftçala istiqamətindəki bütün ətraf kəndlərin bu şəbəkəyə qoşulmasına imkan verir ki, bu da operatora göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətini xeyli artırmağa şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti