Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC "Azəristiliktəchizat" ASC ilə poçt rabitəsi şöbələrində abunə ödənişlərinin yığımını təmin etmək haqqında saziş imzalayıb. Bu barədə bazar ertəsi Trend-ə "Azərpoçt"dan bildiriblər.
Məlumata əsasən, bu xidmətin işə salınması haqqında bildiriş bütün poçt şöbələrinə göndərilib.
İsitmə sistemindən istifadəyə görə abunə ödənişlərinin yığımı xidməti digər kommunal xidmətlərdən (su, qaz, elektrik enerjisi və s.) istifadəyə görə abunə ödənişlərinin yığımı üzrə fəaliyyət göstərən sistemə uyğun işləyəcək.
Xidmətin işə salınması yaxın 2-3 gündə gözlənilir.